-
- 11-07-2024, 22:40
- 698
ABŞ-da illik inflyasiya 3,3%-ə düşdü
ABŞ-da iyun ayında inflyasiya gözləntilərin altında, illik bazda 3% olaraq açıqlanıb. Aylıq inflyasiya isə mənfi 0,1 faiz olub.
News24.az xəbər verir ki, iqtisadçılar illik inflyasiyanın 3,1 faiz, aylıq inflyasiyanın isə 0,1 faiz olacağını gözləyirdilər.
İllik baza inflyasiyası may ayında 3,4 faizdən 3,3 faizə düşüb. Baza inflyasiyasında dəyişiklik gözlənilmirdi.
Aylıq baza inflyasiyası 0,2 faiz gözləntilərin altında qalıb və 0,1 faiz səviyyəsində açıqlanıb.
Qeyd edək ki, FED sədri Jerome Powell dünən Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində etdiyi çıxışda güclü məlumatların davam edəcəyi təqdirdə, mərkəzi bankın faiz dərəcələrini azaltması üçün zəmin hazırlanacağını bildirib.
Bazarlar FED-in sentyabrda faiz dərəcələrini 75 faiz aşağı salma ehtimalını qiymətləndirir.
Günel Məlikzadə