-
- 5-09-2024, 22:47
- 578
Yetkinlər gündə bu qədər SU İÇMƏLİDİR
İllərdir ki, yetkinlərin gündəlik nə qədər su istehlak etməsi lazım olduğuna dair müxtəlif məlumatlar var.
News24.az xəbər verir ki, bu mövzuda araşdırma aparan Oksford Universiteti, yetkin kişi və qadınlar üçün ideal gündəlik su istehlakı miqdarı ilə bağlı ən dəqiq nəticələri ortaya qoyub.
Araşdırmanın nəticələrini ictimaiyyətlə paylaşan ekspertlər, araşdırma nəticəsində müəyyən edilən rəqəmlərin orta dəyərlərə əsaslandığını və fərdlərin sağlamlıq vəziyyəti və idman fəaliyyəti kimi faktorların istehlak edilən suyun artmasına və ya azalmasına səbəb ola biləcəyini açıqlayıb.
Araşdırmada əldə edilən məlumatlara görə, yetkin bir kişi üçün ideal su istehlakı miqdarı 15,5 stəkan və ya 3,7 litr olduğu halda, qadınlar üçün bu nisbət 11,5 stəkan və ya 2,7 litr olaraq təyin edilib. Araşdırmanı dəyərləndirən mütəxəssislər bəzi insanların 3,7 litr suyu çox gördüyünü ifadə edərək, insanlarda su istehlakına təsir edən amilləri misal çəkiblər.
Həkimlər buna misal olaraq bədəndən xaric olan suyun miqdarını göstərərək, idman edən və həddindən artıq tərləyən insanların gündə 5 litrə qədər su qəbul edə biləcəyini bildiriblər.
Oksford Universitetinin mütəxəssisləri su istehlakının təkcə birbaşa içməli sudan ibarət olmadığını, tərkibində su olan meyvə-tərəvəz, şorba və içkilərin və s. istehlakın da gündəlik suya olan ehtiyacını ödəməyə kömək etdiyini bildiriblər.
Məryəm İlhamqızı