-
- 5-09-2024, 18:04
- 268
“Kola butulkalarında” satılan avtomobil yağları etibarlıdırmı? – AÇIQLAMA
Tez-tez yol kənarlarında, xüsusilə də rayon yollarında plastik su qablarında mühərrik yağlarının satıldığını görürük. Qiyməti 1-3 manat arasında dəyişən bu yağları əsasən avtomobilinin mühərriki yağ azaldan, yaxud da bahalı yağ almağa imkanı olmayan şəxslər istifadə edir.
News24.az bildirir ki, avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Nuru usta ilə birlikdə bu məsələyə aydınlıq gətirib. Söhbət zamanı məlum olub ki, bu yağların mənşəyi bəlli deyil. Hətta bir çox hallarda istifadə olunmuş yağlar təkrar olaraq sürücülərə satılır.
Belə ki, əsasən mühərriki yağ azaldan avtomobillərin sürücüləri bu üsula müraciət edir. 1-2 manatlıq yağları alaraq “qabağa düşmək” istəyirlər. Amma sözün həqiqi mənasında mühərrikin ömrünü azaltmaqla özlərini ciddi ziyana saldıqlarının fərqlində deyillər.
Söhbət zamanı bəlli olub ki, dəfələrlə Nuru ustanın özünə bununla bağlı müraciətlər olub. Belə ki, Babək prospektində yerləşən “VQ LUBE” yağdəyişmə mərkəzinə müraciət edən şəxslər istifadə olunmuş yağları almaq istəyiblər. “VQ LUBE” yağları keyfiyyəti olduğu üçün dəyişən zaman belə hələ də keyfiyyətini saxlayır. Lakin Nuru usta buna imkan verməyərək insanların aldadılmasının qarşısını alıb. Ətraflı videomaterialda: