Bakıda 5 qızın şikayətçi olduğu CƏLAL DANIŞDI -
    • 11-06-2019, 16:21
    • 3 967

Bakıda 5 qızın şikayətçi olduğu CƏLAL DANIŞDI - "TORA DÜŞMÜŞƏM"

Bakıda gənc qızları fahişəliyə cəlb etmə əməlində təqsirli bilinən Cəlal Mehdiyev News24.az-a müraciət edib. O bildirib ki, bəzi qadınlar onu ilişdirmək üçün tələ qurublar: “İlk olaraq guya mən adam oğurluğu etmişəm, lakin həmin vaxt 144-cü maddə ilə mənə böhtan atılsa da, həmin iş üzrə bəraət almışam. Guya mən qızı 2018-ci ilin noyabrında rayona aparmışam, döyüb onu saxlamışam, nəyəsə məcbur etmişəm. Lakin həmin iddiaların heç biri təsdiqlənmədi və mən bəraət aldım. 2019-cu il aprel ayında mənə həmin maddələr üzrə bəraət verildi. Həm də mənim bəraət almağıma görə, 4 ay müddətindən artıq həbsdə qaldığım günlər 3-ə vuruldu və azadlığa buraxıldım".

C.Mehdiyev qeyd edib ki, ondan şikayət edən qızların hamısının yaşı 20-dən yuxarıdır və o, heç bir məktəbli ilə ünsiyyətdə olmayıb: “Mənim insan alveri və adam oğurluğu kimi əməllər törətdiyim deyilirdi, lakin istintaq zaman həmin iddialar təsdiqini tapmadı və mən qeyd edilən maddələr üzrə bəraət aldım”.

Qeyd edək ki, hazırda C.Meydiyev Cinayət Məcəlləsinin 243.1-ci, yəni fahişəliyə cəlbetmə maddəsi ilə ittiham edilir. Onun barəsində açılmış cinayət işinin materialları Nərimanov Rayon Məhkəməsinə göndərilib və yaxın günlərdə C.Mehdiyev məhkəmə qarşısına çıxarılacaq.

İş üzrə 5 gənc qadın zərərçəkən şəxs qismində tanınıb.


**** 10:21

Bakıda məktəbli qızları fahişəliyə cəlb edən şəxsin barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Nərimanov Rayon Polis İdarəsində Mehdiyev Cəlal Əli oğlu barəsində Cinayət Məcəlləsinin 243.1-ci, yəni, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib. İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

İstintaq zamanı məlum olub ki, Cəlal Meydiyev qızları sosial şəbəkə vasitəsi ilə ələ alaraq onları fahişəliyə cəlb edib. Iş üzrə 5 qız zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, sosial şəbəkədə gənc qızları aldadaraq, hədə-qorxu gələrək fahişəliyə cəlb edən Bakı sakini Mehdiyev Cəlal Əli oğlu İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun instagramda məktəbli qızları tora saldığı üzə çıxıb.