-
- 25-07-2019, 12:09
- 827
Bakıda azadlığa buraxılan şirkət rəhbəri barəsində YENİ XƏBƏR
Bakıda külli miqdarda pul mənimsədiyi üçün barəsində cinayət işi açılan və daha sonra məhkəmədə bəraət alan şirkət rəhbəri barəsində Ali Məhkəməyə müraciət edilib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, yəni mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə maddəsi ilə barəsində cinayət işi açıldıqdan sonra bəraət alan Əhmədov Məsud Nadir oğlundan şikayətçi olan şəxslər Ali Məhkəmədən işin yenidən araşdırılmasını və onun barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İş hakim Fərhad Kərimovun icraatına verilib.ı
Qeyd edək ki, iş üzrə C.Cəfərzadə və F.Cəfərov zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Məsud Əhmədova bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.
İttiham aktına əsasən, podoratçi şirkətin rəhbəri olan M.Əhmədov 3 nəfərə şəxsə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində ziyan vurub.
Belə ki, o, zərərçəkmiş Faiq Cəfərovun 255 min 600 dollar, Cəfər Cəfərzadənin 43 min manat və “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun isə 1 milyon 35 min 597 manat pulunu ələ keçirib.
Məhkəmə istintaqı dövründə M.Əhmədov özünü təqsirli bilmədiyini bildirib. Onun vəkili Faiq Nağıyev müdafiə çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.