Məktəb yataqxanasında yanğın baş verdi - ölənlər var
    • Bu gün, 10:39
    • 176

Məktəb yataqxanasında yanğın baş verdi - ölənlər var

Keniyada məktəb yataqxanasında yanğın baş verib.

News24.az xəbər verir ki, Keniya polisi ötən gecə ibtidai məktəb yataqxanasında baş verən yanğında 17 uşağın öldüyünü, 13 şagirdin isə ciddi şəkildə yandığını açıqlayıb.

Polis Nyeri rayonundakı Hillside Endarasha ibtidai məktəbində baş verən yanğının səbəbinin araşdırıldığını və ölənlərin sayının artacağından narahat olduqlarını bildirib. 

Qeyd edək ki, Keniyada məktəblərdə yataqxanalar olur, çünki onlar uşaqlara daha çox oxumaq imkanı verirlər. 

Buna görə də, ailələr adətən uşaqlarını yataqxanalara göndərirlər.

Məryəm İlhamqızı