Yetkinlik yaşına çatmayanlara siqaret satanlar CƏRİMƏLƏNİB
    • 11-06-2019, 11:02
    • 773

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar CƏRİMƏLƏNİB

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib. 

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. 


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyunun 10-da DİN-in Baş İctimai Təhlükəsizlik, Sabunçu və NizamiRayon Polis idarələri əməkdaşlarının rayonlar ərazisində keçirdikləri reydlər nəticəsində köşk və mağazalarda satıcıların  yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.


Sabunçu rayonu ərazisində 4, Nizami rayonu ərazisində isə 2 köşk və mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarınınyetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub. 


Bu istiqamətdə reydlər davam etdirilir.