Aİ-dən Ukraynaya HUMANİTAR YARDIM
    • Bu gün, 16:08
    • 73

Aİ-dən Ukraynaya HUMANİTAR YARDIM

Aİ Komissiyası son vaxtlar enerji infrastrukturuna hücumlarla üzləşən Ukraynaya qış dövründən əvvəl əlavə humanitar yardım göstəriləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamada 40 milyon avronun ukraynalıların ehtiyacları üçün ayrıldığı, bunun 35 milyon avrosunun Ukraynadakı humanitar yardım layihələrinə, 5 milyon avrosunun isə Moldovada ukraynalıların dəstəklənməsinə sərf ediləcəyi qeyd edilib.

Açıqlamada fondun Ukraynanın soyuq qış aylarına hazırlaşmasına kömək edəcəyi, qaynaq nəticəsində zədələnmiş binaların təmir ediləcəyi, elektrik, istilik və sığınacaq kimi əsas ehtiyacların qarşılanacağı bildirilib.

Xatırladılıb ki, Aİ Komissiyası 2022-ci ilin fevralından bəri müharibədən zərər çəkmiş Ukrayna vətəndaşları üçün müxtəlif yardım proqramlarına 966 milyon avro ayırıb.

Məryəm İlhamqızı