Son 30 ildə ƏN İSTİ HAVA - REKORD GÖSTƏRİCİ
    • Bu gün, 15:13
    • 229

Son 30 ildə ƏN İSTİ HAVA - REKORD GÖSTƏRİCİ

Dünya 2024-cü ildə ən isti yayı yaşayıb. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi 2024-cü ilin yayının dünyada " ən isti yay " olaraq qeydə alındığını açıqlayıb. 

Açıqlamada bildirilib ki, 2024-cü ilin avqustu 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq qlobal miqyasda ən isti ay olub.  azal vakansiya

Kopernik tərəfindən verilən açıqlamaya görə, dünyanın ən isti ayı avqust ayı olub. 

2024-cü ilin iyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisini 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekordu isə 0,66 dərəcəni ötüb.