-
- 7-09-2024, 11:59
- 674
Selena Qomez rəsmi milyarderdir!
Dünya şöhrətli Amerikalı pop ulduz və iş qadını Selena Qomez ən gənc qadın milyarderlər siyahısına düşüb.
News24.az OLAY-a istinadla yazır ki, bu haqda “Bloomberg” nəşri məlumat yayıb.
Bildirilib ki, əməksevər 32 yaşlı sənətçi “Only Murders in the Building” (Binada ancaq qətl var) serialının yeni mövsümündə baş rolda çıxış edərək sərvətini daha da artıracaq.
Qeyd edək ki, hazırda Selena Qomezin rəsmi sərvəti 1.3 milyard ABŞ dollarıdır. O,“Rare Beauty” markasının sahibidir.