Qadın 2600 dollarlıq tabutu içindəki meyitlə birlikdə oğurladı
    • Bu gün, 13:01
    • 149

Qadın 2600 dollarlıq tabutu içindəki meyitlə birlikdə oğurladı

Las Veqasda qəribə hadisə yaşanıb.

News24.az baku.ws-ə istinadən xəbər verir ki, 47 yaşlı Patrisia Sierra adlı qadın cənazə evinə girərək 2600 dollarlıq (təxminən 4420 AZN) tabutu oğurlayıb.

Bu zaman tabutun içində meyit də olub.

O mənzilin şüşələrini sındıraraq içəri daxil olub. Tabutu isə araba ilə çıxarıb.

Hadisə zamanı sərxoş olduğunu qeyd edən qadın yaşananları xatırlamadığını bildirib.

Patrisianın daha əvvəl bir çox maddələrdə ittiham edildiyi qeyd edilib.