Məşhur serialın əşyaları satışa çıxarılır
    • Bu gün, 11:30
    • 101

Məşhur serialın əşyaları satışa çıxarılır

Televiziya dünyasında bir dövrə damğasını vuran "Taxt Oyunları" serialında istifadə edilən 2 mindən çox əşya və geyim hərraca çıxarılır.

“Heritage Auctions” auksion tərəfindən təşkil edilən hərrac oktyabr ayında baş tutacaq.

News24.az "Cebheinfo.az"a istinadla xəbər verir ki, NTV-nin məlumatına görə, hərraca çıxarılan 2000 əşya arasında Dəmir Taxtın əridilmiş versiyası, Jaime Lannisterin zirehi və qılıncı, White Walkers üçün istifadə edilən protez dişlər kimi nadir əşyalar olacaq.

Əşyaların satış qiymətinin 500 dollardan 20 min dollara qədər olması planlaşdırılır.

Hərraca çıxarılan digər diqqətəlayiq əşyalar arasında Daenerys Tarqaryenin plaşları və dəri paltarları, Con Snounun məşhur qılıncı və Peter Dinklagenin Tyrion Lannister rolunda taxdığı broş daxildir.