Bellinqem yaşıl meydanlara daha tez qayıda bilər
    • Bu gün, 11:49
    • 64

Bellinqem yaşıl meydanlara daha tez qayıda bilər

"Real"ın hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqemin zədəsinin sağalması ilkin proqnozlaşdırılandan daha sürətlə gedir. 

News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Bildirilib ki, ingiltərəli futbolçunun sentyabrın 21-də keçiriləcək La Liqanın 6-cı turunun “Espanyol”la oyununda iştirak edə bilməsi ehtimalı var. Bundan əvvəl mətbuatda Bellinqemin sentyabrın sonuna kimi meydana çıxa bilməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Yarımmüdafiəçi Madrid klubuna 2023-cü ilin yayında Dortmund "Borussiya"sından keçib. Bu müddətdə o, 43 matçda iştirak edib, 23 qol vurub, 14 qolun ötürməsini verib.