Çempionlar Liqasında mövsümün ən yaxşısı odur
    • 3-06-2024, 21:42
    • 212

Çempionlar Liqasında mövsümün ən yaxşısı odur

Çempionlar Liqasında 2023/24 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

News24.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. "Real"ın yarımmüdafiəçisi Vinisius Junior  mövsümün ən yaxşısı seçilib.

Junior cari mövsümdə Çempionlar Liqasında 10 oyun keçirib, 6 qol vurub və 5 qolun ötürməsini verib. O, “Real”ın heyətində finalda Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Qeyd edək ki, Vinisius “Real”a 2018-ci ilin iyulunda 45 milyon avroya “Flamenqo”dan keçib. Braziliyalı futbolçu bu mövsüm 39 oyuna çıxıb, 24 qol vurub və 11 qolun ötürməsini verib. "Transfermarkt"a görə, onun bazar dəyəri 150 milyon avrodur.