Ağdamda ərazilər zibillikdən təmizləndi
    • Bu gün, 14:00
    • 77

Ağdamda ərazilər zibillikdən təmizləndi

Ağdam rayonu ərazisində polis əməkdaşlarının aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlərlə ətraf mühitin çirklənməsi halları aşkarlanıb.

News24.az xəbər verir ki, sanitariya-gigiyena qaydalarının təmin olunması məqsədi ilə müvafiq işlər görülüb, həmin ərazilər təmizlənilib.

Polis əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması məqsədi ilə il ərzində 103 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.