Qazaxıstanda kütləvi zəhərlənmə: 141 məktəblinin halı pisləşdi
    • Bu gün, 15:40
    • 106

Qazaxıstanda kütləvi zəhərlənmə: 141 məktəblinin halı pisləşdi


Qazaxıstanın Manqistau vilayətindəki məktəbdə kütləvi qida zəhərlənməsi baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 6-da Munaylı rayonundakı 8 saylı məktəbin 141 şagirdi qarın ağrısı və qızdırma ilə üzləşib. Hazırda onlardan 82-si ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.