Super qasırğa onlarla insanı öldürdü
    • Bu gün, 16:39
    • 102

Super qasırğa onlarla insanı öldürdü



“Yaqi” superqasırğası Vyetnamın şimalında 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Vyetnam Təbii fəlakətlərə reaksiya və axtarış-xilasetmə işləri üzrə Milli Komitəsi məlumat yayıb.

Qasırğa daha çox paytaxt Hanoya, liman şəhərləri Kamfa, Monqkay, Xayfon və Xalonqa, o cümlədən yaxınlıqdakı Txaybin, Xoabin və Xınqyen əyalətlərinə zərər vurub. 400-dən çox elektrik xətti, 27 yarımstansiyaya ciddi zərər dəyib, 121 min hektardan çox əkin sahəsi su altında qalıb. Sahil rayonlarında 38 gəmi və balıqçı gəmisi batıb.

Qeyd edək ki, “Yaqi” qasırğası sentyabrın 4-də Çinin cənub sərhədinə çatıb, daha sonra Vyetnam istiqamətində hərəkət edib. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatıb.