Azərbaycanda EVDƏ YANĞIN: içəridə iki azyaşlı var
    • Bu gün, 15:12
    • 1 955

Azərbaycanda EVDƏ YANĞIN: içəridə iki azyaşlı var


Cəlilabad rayonunda evdə yanğın başlayıb.

News24.az xəbər verir ki, hadisə Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.

Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

(Report)