Düyü böhranı: Rəflər boş qaldı
    • 9-09-2024, 09:04
    • 455

Düyü böhranı: Rəflər boş qaldı

Təbii fəlakətlər və turist axını Yaponiyada düyü böhranına səbəb olub. 

News24.az xəbər verir ki, əsas qida kimi düyü istehlak edilən Yaponiyada ərzaq böhranı baş verib.

Keçən ay ölkəni vuran 7,1 bal gücündə zəlzələ, “Şanşan” qasırğasından sonra meydana gələn birja tendensiyası, turist bumunun gətirdiyi əlavə istehlak və bumun mənfi təsiri nəticəsində ölkədə düyü tapmaq çətinləşib.

Qeyd edək ki, bir çox marketdə düyü rəfləri boş qalarkən, piştaxtalara “Təchizat çatışmazlığı səbəbindən düyü satışı həyata keçirilə bilməz” xəbərdarlığı asılıb.

Eyni zamanda, bəzi bazarlar hər müştəriyə görə düyü üçün satış limiti qoyub.

Günel Məlikzadə