Hava limanında çaxnaşma: Təyyarə uçuş-enmə zolağından çıxdı
    • 9-09-2024, 17:44
    • 263

Hava limanında çaxnaşma: Təyyarə uçuş-enmə zolağından çıxdı

İndoneziyanın Papua əyalətindən yola düşən Trigana Hava Yollarına məxsus "ATR-42" tipli sərnişin təyyarəsi idarəetmədən çıxıb.

News24.az xəbər verir ki, ilkin məlumatlara görə, içərisində 40-dan çox adamın olduğu təyyarənin uçuş-enmə zolağından sürüşməsi nəticəsində bəzi sərnişinlər xəsarət alıb.

Hava yolları rəsmisi Lalu Yuniza mövzu ilə bağlı açıqlamasında təyyarənin təxminən 20 metr sürüşdüyünü qeyd edərək, "Pilotdan təyyarənin necə və niyə sürüşdüyü ilə bağlı məlumat gözləyirik" deyib.

Yuniza həmçinin qeyd edib ki, sözügedən insidentdə təyyarəyə "böyük zərər" dəyib.

Məryəm İlhamqızı