-
- 9-05-2024, 18:02
- 252
Sərnişin təyhyarəsi uçuş-enmə zolağından çıxdı
Seneqal Nəqliyyat Nazirliyi 85 nəfəri daşıyan Boeing 737 tipli sərnişin təyyarəsinin Dakar hava limanında uçuş-enmə zolağından çıxdığını və 10 nəfərin yaralandığını açıqlayıb.
News24.az xəbər verir ki, Nəqliyyat naziri El Malik Ndiaye 79 sərnişin, 2 pilot və 4 kabin heyəti ilə Air Senegal təyyarəsinin Bamakoya getdiyini bildirib.
Yaralıların müalicə üçün xəstəxanaya, digər sərnişinlərin isə otelə aparıldığı bildirilib.
Sosial şəbəkələrdə paylaşılan fotolarda təyyarənin bir mühərrikinin sıradan çıxdığı, bir qanadının zədələndiyi görünür.
Günel Məlikzadə