“iPhone 16” təqdim edildi - QİYMƏTLƏR
    • 10-09-2024, 08:36
    • 205

“iPhone 16” təqdim edildi - QİYMƏTLƏR


"Apple" şirkəti “iPhone 16” modelini təqdim edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, yeni modellərdəki əsas fərq A18 Bionic prosessorudur. Bu prosessor smartfonun performansını 30 faiz artıracaq. Prosessor həmçinin daha sürətli AI (süni intellekt) performansı üçün nəzərdə tutulub.

“iPhone 16” modelinin 5 rəngi mövcuddur.

128 GB daxili yaddaşa malik "iPhone 16"nın 799 dollara, "iPhone 16 Plus"un isə 899 dollara satılması planlaşdırılır.

Məlumata görə, "iPhone 16 Pro" 999 dollara, "iPhone 16 Pro Max" isə 1199 dollara satışa çıxarılacaq.