-
- 10-09-2024, 10:46
- 298
İstintaq Komitəsinin polkovniki ÖLDÜRÜLDÜ
Perm şəhərin Sverdlovsk rayonu üzrə istintaq idarəsinin rəisi, İstintaq Komitəsinin polkovniki Yevgeni Seredkin öldürülüb.
News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşının partnyoru ona balta ilə hücum edib, hadisə ötən gecə baş verib.
İlkin məlumatlara görə, qatil 46 yaşlı Seredkinin evinə gələrək müstəntiqə qapının ağzından balta ilə hücum edib. Həmin şəxs saxlanılıb və “Hədsiz amansızlıqla qətl” maddəsi ilə iş başlanıb.
Qeyd edək ki, Yevgeni Seredkin 2023-cü ildən Perm vilayətinin Sverdlovsk vilayəti üzrə istintaq şöbəsinə rəhbərlik edir. Bundan əvvəl o, rayon polis şöbəsinin müstəntiqi işləyib, daha sonra Daxili İşlər Nazirliyinin regional baş idarəsində, nəqliyyat üzrə istintaq idarəsində vəzifələrdə çalışıb, Solikamsk şəhərində xüsusilə mühüm işlər üzrə müstəntiq olub.
Aqil Qarayev