-
- 10-09-2024, 11:33
- 405
Əli Əkbər Əhmədian Rusiyada - "Zəngəzur Dəhlizi" gündəmdədir
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşündə iştirak etmək üçün Rusiyaya gedib.
News24.az Hraparak-a istinadən bildirir ki, bu baradə İran mətbuatı xəbər verib.
O, həmçinin “Rusiya rəsmiləri ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı danışıqlar aparmağı” planlaşdırır.
Xatırladaq ki, bu yaxınlarda rəsmi Tehran “Zəngəzur dəhlizi” məsələsi ilə bağlı erməni tərəfinə səslənən "ittihamlarla" görə müxtəlif səviyyələrdə Moskva rəsmilərinə, o cümlədən xarici işlər naziri Sergey Lavrova sərt açıqlamalar verib.
İran hakimiyyəti Ermənistanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu və ölkənin Zəngəzur dəhlizi də daxil olmaqla istənilən sərhəd dəyişikliyinə qarşı olduğunu bəyan edib.
İranın Ermənistandakı səfiri ötən gün bəyan edib ki, “bəzilərinin (Azərbaycan və Türkiyə nəzərdə tutulur) Ermənistan və “Zəngəzur dəhlizi” ilə bağlı arzuları gerçəkləşməyəcək”.
Günel Məlikzadə