-
- 3-09-2024, 11:35
- 1 871
İran Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA YAYDI - RƏSMİ
İran Zəngəzur dəhlizi ilə bağlı məsələyə aydınlıq gətirib.
News24.az-ın xəbərinə görə, İran Xarici İşlər Nazirliyi Rusiyanın Tehrandakı səfirini görüşə çağıraraq Moskvanın bu yaxınlarda Azərbaycanı Ermənistan üzərindən Naxçıvanla birləşdirən dəhlizə dəstək verməsinə cavab olaraq bildirib ki, Tehran regionun müəyyən edilmiş sərhədlərində istənilən geosiyasi dəyişikliyə qarşıdır.
İran Xarici İşlər Nazirliyinin Avrasiya Bürosunun baş direktoru Rusiyanın Zəngəzur dəhlizinə dəstəyinə etiraz olaraq Rusiya səfiri ilə görüşüb. Baş direktor rusiyalı diplomata İran dövlətinin qəti mövqeyinə hörmətlə yanaşmağın vacibliyini və region ölkələrinin potensialından problemlərin həlli, regionda sülh və sabitliyin möhkəmlənməsinə kömək etmək və iqtisadi planların həyata keçirilməsi üçün istifadə edilməsinin vacibliyini xatırladıb.
Aqil Qarayev