8100 dronla fantastik səma şousu
    • Bu gün, 20:26
    • 149

8100 dronla fantastik səma şousu

Çinin Şenjen şəhərində möhtəşəm səma şousu keçirilib. Bununla bağlı sosial şəbəkələrdə çoxlu kadrlar yayılıb.

News24.az-ın Oxu.Az-a istinadla verdiyi məlumata görə, hər il keçirilən tədbirdə bu dəfə eyni anda iki dünya rekorduna imza atılıb.

İlk rekord eyni anda havada olan dronların sayına görə qeydə alınıb. Belə ki, 8100 kvadrokopter Şenjenin gecə səmasına qalxaraq həcmli şəkillər və müxtəlif fiqurlar formalaşdırıb.

İkinci rekord da az heyrətləndirməyib: Şou təşkilatçıları 7998 drondan istifadə edərək havada nəhəng bir ekran yaradıblar və bu ekranda bir neçə videoçarx göstərilib.

Qeyd edək ki, Çinin silikon vadisi kimi tanınan Şenjen artıq bir neçə ildir ki, öz texnologiya nailiyyətləri ilə dünyanı heyrətləndirir. Şəhər ölkənin innovasiya və yüksək texnologiyalarının inkişaf mərkəzidir.