Bakıda dəmiryolu vağzalında QAN TÖKÜLDÜ
    • 11-09-2024, 00:22
    • 667

Bakıda dəmiryolu vağzalında QAN TÖKÜLDÜ


Bakıda dəmiryolu vağzalında bıçaqlanma hadisəsi baş verib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Biləcəri qəsəbəsində yerləşən dəmiryolu vağzalında qeydə alınıb. 

Bakı şəhər sakini, 40 yaşlı Rafiq Abbasquliyev aralarında yaranmış mübahisə zəminində Masallı rayon sakini, 44 yaşlı Hüseyn Ağayevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Abbasquliyev saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.