-
- 12-06-2019, 12:35
- 2 939
İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2002-ci ildən 12 İyun gününü – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi elan edib.
Məqsəd uşaq əməyinin istismarı hallarının aradan qaldırılmasına cəmiyyətin diqqətinin artırılması, bu istiqamətdə hökumət və ictimai təşkilatların birgə səylərinin gücləndirilməsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aparılan araşdırmalar dünyada işləyən uşaqların sayının 200 milyondan çox olduğunu, hətta onların bir hissəsinin həyat üçün təhlükəli şəraitdə işlədiyini göstərib. Uşaqların əməyinin istismarı onları təhsildən məhrum edir, sağlamlıqlarını zərbə altında qoyur, gələcək inkişafına ciddi mane olur. Ona görə də uşaq əməyinin istismarı hazırda müasir dünyanı narahat edən aktual problemlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçininBƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyaları əsasında təkmilləşdirilib.
Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görməklə yanaşı, uşaq əməyinin istismarının qarşısının alınmasına dair ardıcıl təbliğat-maarifləndirmə işləri də aparır. Müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə də respublikamızın müxtəlif bölgələrində işgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Görülən tədbirlər nəticəsində ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma enib.
Uşaq əməyini istismar etmək uşaqların hüquqlarını ciddi şəkildə pozmaq, onların fiziki, sosial-əqli, psixoloji və ruhi inkişafına zərər vurmaqdır. Belə halların qarşısının alınmasında birgə səylərin gücləndirilməsi qarşıdakı dövrdə də prioritet təşkil edəcəkdir.