-
- 11-09-2024, 21:58
- 301
Təbiətə daha çox kim zərər vurur? - Kişilər ya qadınlar?
Alimlər kişilərin və qadınların həyat tərzlərini müqayisə edərək, kişilərin qadınlardan daha çox zərərli maddələri atmosferə atdığı qənaətinə gəliblər.
News24.az Lent.az-a istinadən xəbər verir ki, İsveç alimlərinin araşdırmasının nəticələri bunun kişilərin daha çox təhlükəli istehsalatlarda işləməsi ilə əlaqəli olmadığını məlum edib.
Alimlər nəzərə alıblar ki, kişilər istehsalı qlobal istiləşməyə səbəb olan, zərərli emissiya tələb edən mallara 16% çox pul xərcləyirlər. Eyni zamanda, qadınlar kişilərlə təxminən eyni miqdarda pul xərcləyirlər, lakin bu cür malları daha az miqdarda alırlar. Ən böyük fərq kişi və qadınların avtomobillərə benzin və dizel yanacağına xərcləmələrində olub.
Tədqiqatın müəllifləri hesab edirlər ki, zərərli emissiyaların formalaşmasında gender fərqləri indiyədək elm tərəfindən çox az öyrənilib, lakin iqlim böhranından çıxmaq üçün strategiyalar hazırlanarkən onlar nəzərə alınmalıdır. Bu araşdırmanın müəllifləri İsveçdə yaşayan subay kişi və qadınların xərclərini müqayisə ediblər. Məlum olub ki, bütün emissiyaların yarısından çoxu kişi və qadınların yemək və istirahətə xərcləmələri hesabına olub. Belə çıxır ki, insanlar daha fəal şəkildə ət və süd məhsullarını bitki mənşəli qidalarla əvəz etsə, avtomobil və təyyarə əvəzinə qatarlardan istifadə etsəydilər, atmosferə atılan zərərli tullantıların miqdarı 40% azalardı.
Yeri gəlmişkən, araşdırma müəllifləri iddia edirlər ki, sorğuda iştirak edən kişi və qadınların xərcləri çox stereotipik görünür: qadınlar daha çox zərgərlik, sağlamlıq və geyimə, kişilər isə benzinə, çöldə yeməyə, alkoqol və tütünə daha çox pul xərcləyirlər. .