Ana olmağa hazırlaşan Neslihandan yeni fotolar
    • 11-09-2024, 15:21
    • 328

Ana olmağa hazırlaşan Neslihandan yeni fotolar

Neslihan Atagül həmkarı Kadir Doğulu ilə "Fatih Harbiye"nin çəkiliş meydançasında tanış olub və onların dostluğu zamanla sevgiyə çevrilib. 2016-cı ildən xoşbəxt ailə quran məşhur cütlükdən son aylarda şad xəbər gəlib.

Atagül, "Bu "xoşbəxtliyi" bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu bizim haqqımızdı... Bir sözlə, xoşbəxtik, razıyıq və yaxşıyıq" sözləri ilə körpə gözlədiyini açıqlayıb.

News24.az xəbər verir ki, artıq ilk körpəsini dünyaya gətirmək üçün günləri sayan Neslihan Atagül İtaliyaya gedib.

32 yaşlı aktrisa İtaliyanın Milan küçələrində verdiyi pozalarla izləyicilərinin qarşısına çıxıb.

Qız övladı gözlədiyi iddia edilən Neslihan Atagülün fotolarına minlərlə bəyənmə və şərh gəlib.

Günel Məlikzadə