Vətən müharibəsi qazisi vəfat etdi
    • Bu gün, 04:36
    • 54

Vətən müharibəsi qazisi vəfat etdi


Vətən müharibəsi qazisi Zaur Hacıbala oğlu Həsənov vəfat edib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü baş-leytenant uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.