Netanyahu İordaniya ilə bağlı planlarını AÇIQLADI
    • Bu gün, 08:01
    • 88

Netanyahu İordaniya ilə bağlı planlarını AÇIQLADI

Netanyahu İordaniyada sərhəddə divar çəkməyi planlaşdırdığını bildirib.

News24.az xəbər verir ki, İsrailin Baş naziri Netanyahu sentyabrın 8-də 3 israillinin öldürüldüyü Kral Hüseyn Sərhəd Qapısına baxış keçirib.

Burada açıqlama verən Netanyahu, "Çoxşaxəli bir qarşıdurmanın ortasındayıq və bu halda İordaniya ilə şərq sərhədimizin təhlükəsizliyini təmin etməliyik. Bu, sülh sərhədidir və biz İordaniya ilə əməkdaşlıq edərək bu sərhədi qoruyub saxlamağa hazırıq" dedi.

"Terrorçu" adlandırdığı silah və insanların İordaniya üzərindən işğal altındakı İordan çayının qərb sahilinə və İsrail şəhərlərinə qaçaqmalçılığının artdığını iddia edən Netanyahu bunun qarşısını almaq üçün bütün tərəflərlə əməkdaşlıq etdiklərini bildirib.

İsrailin baş naziri sözlərinə belə davam edib:

"Biz burada qaçaqmalçılıq cəhdlərinə qarşı möhkəm divar çəkməyə çalışacağıq və bunu qonşularımızla koordinasiyada edirik. Bu sərhədlərin sülh və təhlükəsizlik sərhədləri olaraq qalmasını təmin etmək bizim üçün vacibdir".

Günel Məlikzadə