-
- 12-09-2024, 17:51
- 288
İki maşının arasında qalan "Opel" sürücüsü qəzadan son anda yayındı - VİDEO
Bakı Dairəvi yolunda manevr qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb.
News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, 77-XO-581 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilinin sürücüsü güzgüyə baxmadan orta zolağa manevr edib. Bu zaman "Opel" markalı avtomobili sıxışdıraraq ona təhlükəli anlar yaşadıb. Sürücü sola sərt manevr edərək qəzadan son anda yayına bilib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Sözügedən videonu təqdim edirik: