Ölüm səfərinə çıxmış "Mercedes" - Dəhşətli qəza baş verə bilərdi
    • 19-04-2022, 15:55
    • 393

Ölüm səfərinə çıxmış "Mercedes" - Dəhşətli qəza baş verə bilərdi

Abşeron rayonu Məhəmmədi qəsəbəsində avtomobili təhlükəli idarə edən şəxs kameraya düşüb.

News24.az-ın məlumatına görə, "Mercedes E Class" markalı avtomobilin sürücüsü ara məsafəsini düzgün saxlamadığından ağır qəza şəraiti yaradıb.

Sürücü qəfil manevr edərək əks hərəkət zolağına çıxıb. Bu zaman əks yoldakı maşının sürücüsünün peşəkar reaksiyası nəticəsində ağır qəzadan yayınmaq mümkün olub.

Videoqeydiyyat cihazının lentə aldığı hadisənin görüntülərini təqdim edirik.