Arvadı ilə dalaşdı, itləri pəncərədən atdı...
    • Bu gün, 18:41
    • 163

Arvadı ilə dalaşdı, itləri pəncərədən atdı...

Moskvada kişi üç iti səkkizinci mərtəbədən atdığı üçün saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlum olub ki, ailədaxili mübahisə zamanı kişi arvadının üç itini tutub səkkizinci mərtəbədəki mənzilin pəncərəsindən atıb. 58 yaşlı qadın yoldaşından polisə şikayət edib.

Hadisə yerinə gələn polislər evin pəncərələrinin altında həyat əlaməti olmayan iki itin cəsədini aşkar ediblər. Otun üstünə düşən üçüncü it sağ qalıb. Sahibi onu evinə aparıb.

Məryəm İlhamqızı