3000 şəhid məqaləsi Vikipediyadan silindi
    • Dünən, 21:37
    • 254

3000 şəhid məqaləsi Vikipediyadan silindi


3000 şəhid məqaləsi Vikipediadan tamamilə silinib.

News24.az xəbər verir ki, bu barədə tanınmış texnobloger və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkədə məlumat verib.

O, bildirib ki, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən ləğv edilib: " Onlar arasında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların səhifələri də var. Onlar buna səbəb kimi şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu işi qaldıran və icmada razılıq olmadan edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla 5 dildə məqaləsini yaradıblar. Artsaxa müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə Vikipediyaya yerləşdirilib. Qlobal Vikipediya Fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı.Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, Vikipediyadan silinir. Əvəzində manıs, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır".

Pərdəşünas qeyd edib ki, onun məqaləsinin silinmə səbəbi də hakimiyyət yönümlü fəaliyyətdə günahlandırılması və Prezident Mükafatı alması olub: "Hər şey gün kimi ortadadır və Azərbaycan Vikipediyası tör-toküntü, saxta anarxistlərin əlindədir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun, sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq.

Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediyaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş Prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm. Medianı bu mövzunu işıqlandırmağa çağırıram".