-
- 13-09-2024, 09:59
- 477
Paşinyan Azərbaycana qaytarılacaq yeni ərazilərin adını açıqladı - SİYAHI
“Nikol Paşinyan son mətbuat konfransında Azərbaycana təhvil veriləcək ərazilərin adlarını açıqladı”.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni diplomat Edqar Qazaryan deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın heç bir təklifini qəbul etməyib.
“Əksinə, rəsmi Bakı sülh müqaviləsi layihəsində qeyd olunmayan əlavə tələblər irəli sürüb. Azərbaycanın məqsədi yeni ərazilərə nəzarəti bərpa etməkdir. Paşinyan da bu ərazilərin adlarını açıqladı. Bildirdi ki, Azərbaycan Konstitusiyasına görə Sünik (Zəngəzur), Geqarkunik (Göyçə mahalının Çəmbərək rayonu), Aratat (Vedi rayonu), Tavuş, Vayots Dzor (Dərəlyəz) onlara məxsusdir. Və qeyd etdi ki, bununla belə rəsmi İrəvan Azərbaycandan konstitusiyasını dəyişdirməyi tələb etmir. Əslində bunula Azərbaycana qaytarılacaq ərazilərin siyahısını açıqladı”, - erməni diplomat iddia edib.