-
- 13-09-2024, 15:08
- 434
Hakim Ziyeç "Fənərbaxça" derbisində oynaya bilməyəcək
"Qalatasaray" İdman Klubu Hakim Ziyeçin zədələndiyini açıqlayıb.
News24.az xəbər verir ki, Qalatasaray məsələ ilə bağlı aşağıdakı açıqlamanı verib:
“Afrika Millətlər Kubokunun seçmə mərhələsində Mərakeş millisinin Lesoto ilə oynadığı matçda sağ bel əzələsində ağrı hiss edən və 2-ci dərəcəli gərginlik (dartılma, qanaxma) aşkarlanan futbolçumuz Hakim Ziyeçin müalicəsi zamanı sağ üst arxa əzələ qrupunda qismən yırtıq aşkarlanıb".
Sağ üst bel əzələsində yırtıq diaqnozu qoyulan ulduz futbolçu gələn həftə oynanılacaq Fənərbaxça derbisini buraxacaq.
Mərakeş Millisinin Lesoto ilə oyununda zədələnən Ziyeçin müalicəsi ən azı 3 həftə davam edəcək.
31 yaşlı futbolçu bu mövsüm 4 dəfə sarı-qırmızılı forma geyinib.
Günel Məlikzadə