"Qalatasaray" Kazımcanı Rusiyaya icarəyə verdi
    • Bu gün, 09:09
    • 103

"Qalatasaray" Kazımcanı Rusiyaya icarəyə verdi

"Qalatasaray" gənc futbolçusu Kazımcan Karataşı Rusiya Premyer Liqa komandalarından olan "Orenburq"a icarəyə verib.

News24.az xəbər verir ki, bununla bağlı sarı-qırmızılı klubdan açıqlama verilib. Açıqlamada deyilib:

"Peşəkar futbolçumuz Kazımcan Karataşın 2024-2025 mövsümü üçün müvəqqəti transferi ilə bağlı Orenburqla razılıq əldə olunub".

Onu da bildirək ki, ötən mövsümün ilk yarısında "Qalatasaray"da forma geyinən Kazımcan mövsümün ikinci yarısını MKE Ankaragücündə keçirib və 12 matçda forma geyinib.

Günel Məlikzadə