-
- 16-05-2024, 17:15
- 408
Bütün diqqətlər Mauro İkardi və Edin Dzekodadır
Trendyol Super Liqasının 37-ci həftəsində "Qalatasaray" və "Fənərbaxça" komandaları bazar günü saat 19.00-da RAMS Parkda üz-üzə gələcək.
News24.az xəbər verir ki, bu görüşdə bütün diqqətlər hər iki komandanın hücumçularında olacaq. Sarı-qırmızıların argentinalı futbolçusu Mauro İkardi və sarı-göylərin bosniyalı futbolçusu Edin Dzeko vurduqları qollarla komandalarını daşıyarkən, həm də bombardirlik uğrunda bir-birləri ilə yarışırlar.
Bildirək ki, İkardi liqada 32 matçda 23 qol vurub. 31 yaşlı futbolçu bu performansı ilə bombardirlər siyahısında birinci yerdədir. Dzeko oynadığı 34 matçda 20 qola da töhfə verib. 38 yaşlı futbolçu kral uğrunda mübarizədə İkardidən sonra ikinci yerdədir.
Onu da qeyd edək ki, Fənərbaxça bu mövsüm Super Liqada 92 qolla ən çox qol vuran komandadır. Qalatasaray isə 89 dəfə rəqib qapısına yol tapıb və sarı-göylülərdən sonra liqada ən çox qol vuran ikinci komandadır.
Günel Məlikzadə