-
- 13-09-2024, 22:06
- 507
Bunları uşağınızdan uzaq tutun - XƏBƏRDARLIQ
Diabetlə bağlı araşdırmalar hər gün yeni məlumatları aşkar etməyə kömək edir. 1-ci tip diabet kimi tanınan diabet növü orqanizmin insulin müqaviməti göstərməsinə səbəb olan sistemik bir xəstəlikdir. Bu xəstəlik ən çox uşaqlıq və ya erkən yeniyetməlik dövründə insanlarda baş verir.
News24.az xəbər verir ki, bu kontekstdən çıxış edərək, Finlandiyada aparılan bir araşdırma müəyyən qidaların istehlakının uşaqlarda 1-ci tip diabet riskini artırdığını ortaya qoyub. Mütəxəssislər araşdırma nəticəsində qidaların uşaqlara necə təsir etdiyini və 1-ci tip diabetə səbəb olan qidaları və onun qarşısını alan qidaları açıqlayıblar.
Yulaf və çovdar: Finlandiyada aparılan bir araşdırma, 1-ci tip diabetə meylli 5600-dən çox uşağın pəhrizini təhlil edib. Nəticələrə görə, yulaf, çovdar və banan kimi qidaların qəbulu 1-ci tip şəkərli diabetə genetik meyli olan uşaqlarda diabet riskini artırır.
Uşaqların 6 yaşına qədər monitorinqi nəticəsində 94 uşaqda 1-ci tip şəkərli diabet, 206 uşaqda isə insulin istehsal edən hüceyrələrə hücum edən otoimmün proseslərin keçdiyi müşahidə edilib.
Çiyələk və böyürtkən: Tədqiqat həmçinin 1-ci tip diabet riskini azaldan qidaları da araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, çiyələk, böyürtkən və moruq kimi meyvələrin istehlakı 1-ci tip diabet riskini azaldır. Belə qırmızı meyvələrin tərkibində olan polifenollar uşaqların orqanizmində yarana biləcək iltihabın qarşısını alır və 1-ci tip diabet riskini azaltmağa kömək edir.
Məryəm İlhamqızı