-
- 14-09-2024, 13:49
- 380
"Meymunçiçəyi" ilə mübarizə - 3,6 milyon dozadan çox peyvənd
Dünya ölkələri meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün artıq 3,6 milyon dozadan çox peyvənd ayırıb.
News24.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında dərc olunan məlumatda deyilir.
Məlumata görə, bu rəqəmə Avropa Komissiyası, ABŞ, Aİ-nin ayrı-ayrı ölkələri, həmçinin Danimarkanın vaksin istehsalçısı “Bavarian Nordic” tərəfindən çatdırılması üçün vəd edilən 620 min doza daxildir. Yaponiya ən çox - təxminən 3 milyon dozanın təminatını vəd edib.
ÜST həmçinin insanlarda xəstəliyin aşkarlanması və müalicəsinə çıxışını artırmaq üçün meymunçiçəyi üçün peyvəndlərin, dərmanların və sınaq avadanlığının "giriş və müəyyənləşdirmə mexanizmi"nin (“Access and Allocation Mechanism”, AAM) yaradılmasını elan edib. Təşkilatın məlumatına görə, mexanizmə ÜST, BMT, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans GAVI üzvü olan dövlətlər, eləcə də biznes nümayəndələri cəlb olunacaq.