“Mançester Siti”nin 100 xalını silə bilərlər”
    • 14-09-2024, 23:08
    • 519

“Mançester Siti”nin 100 xalını silə bilərlər”

Futbol üzrə maliyyə eksperti Kieran Maquayr "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozmaqda şübhəli bilinməsi ilə bağlı danışıb.

News24.az QOL.az xəbər verir ki, o, "şəhərlilər"in təqsirli bilinəcəkləri halda 100-ə qədər xallarının silinməsi ehtimalının olduğunu söyləyib: 

“Klubun 60-dan 100-ə qədər xal itirəcəyini güman edə bilərik ki, bu da onun Premyer Liqadan aşağı liqaya düşməsi üçün kifayət edəcək.

Müstəqil komissiyaya təqdim etmək üçün bütün sübutların mövcud olduğunu fərz etsək, dinləmə 8 həftə ərzində başa çatsa da, proses 3-4 ay çəkə bilər. Çünki qərar 115 ittihamın hər biri üzrə qərar qəbul etməlidir”.

Qeyd edək ki, "Mançester Siti" 2009-2018-ci illər arasında maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. "Mançester Siti"nin etdiyi maliyyə ödənişlərini tam açıqlamadığı güman edilir.