-
- 15-09-2024, 09:17
- 527
Rusiya donanması Xəzərin sahilindəki hədəflərə ATƏŞ AÇDI
“Okean-2024” təlimi çərçivəsində Xəzər Donanmasının hərbi dənizçiləri pilotsuz katerlərin hücumunu dəf etmək üzrə məşq ediblər.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Hədəflərə atəş standart ağır pulemyotlardan və atıcı silahlardan istifadə edilməklə həyata keçirilib”, - məlumatda qeyd olunub.
Təlimin ikinci hissəsində gəminin ekipajları artilleriya qurğularından sahildən on kilometrdən artıq məsafədəki hədəflərə atəş açıb. Dənizçilər saxta düşmənin müdafiə xəttini atəşə tutublar.
“Okean 2024” təlimləri sentyabrın 10-dan 16-dək Sakit və Şimal Buzlu okeanlarının sularında, həmçinin Aralıq dənizi, Xəzər və Baltik dənizlərində keçirilir. Təlimlərdə 400-dən çox döyüş gəmisi və sualtı qayıq, 120-dən çox dəniz təyyarəsi və helikopteri iştirak edir.