-
- 15-09-2024, 14:17
- 324
Dəhşətli Hadisə: 45 metr hündürlükdəki şəlalədən yıxıldı
45 metr hündürlükdəki şəlalədən yıxılan tursit sağ qalıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə Vaşinqton ştatında baş verib.
"NBC"nin yaydığı məlumata görə, 25 yaşlı turistin ayağı sürüşüb və o, Vaşinqtondakı "Racehorse" şəlaləsindən yıxılıb.
Hadisə şahidləri təcili yardım çağırıb. Turist tibb müəssisəsinə aparılıb. Onun vəziyyətinin təfərrüatları məlum deyil.
Qeyd edək ki, bu, bir il ərzində şəlalədə xəsarət alma ilə nəticələnən beşinci hadisədir.