SON DƏQİQƏ! Ukrayna Belqorodu “Vampir”lə vurdu
    • 16-09-2024, 11:37
    • 213

SON DƏQİQƏ! Ukrayna Belqorodu “Vampir”lə vurdu

Ukrayna Silahlı Qüvvələri Kurskda rus ordusunun hərbi qərargahını məhv edib.

Bu barədə "Telegram" kanallarında video yayılıb. Məlumata görə, hücum nəticəsində rus ordusunun xeyli sayda hərbçisi həlak olub və ya yaralanıb.

Ukrayna ordusu bu səhər Belqorod şəhərini “Vampir” reaktiv yaylım atəş sistemləri ilə atəşə tutub. Bu barədə Teleqram kanalları məlumat yayıb.

Zərbələr nəticəsində fərdi yaşayış evi və 15 avtomobil yanıb. “8 dinc sakin yaralanıb. Onlardan birinin vəziyyəti ağır, digərlərinin isə orta ağırdır. Yaralıların hamısı xəstəxanadadır”, - məlumatda qeyd olunub. Bundan başqa, şəhərdəki 21 ədəd çoxmərtəbəli yaşayış binasına da ziyan dəyib, qaz xətti sıradan çıxıb.//musavat