-
- 25-07-2019, 11:05
- 1 415
Azərbaycanlı qadınları 2 ölkədə satan VƏFANIN ŞOK ƏMƏLLƏRİ - FOTO
Azərbaycanlı qadınları Dubayda və Türkiyədə fahişəliyə cəlb etdiyinə görə tutularaq məsuliyyətə cəlb edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci, yəni, insan alveri - qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə maddəsi ilə maddəsi ilə məhkum edilən Mürşüdova Vəfa Ramiz qızı işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İş Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatına verilib.
Qeyd edək ki, 2 il əvvəl Azərbaycanlı qadınları Türkiyə və Dubaya apararaq orada cinsi istismara məruz qoyan Vəfa Mürşüdova həbs edilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan Vəfa Mürşüdova saxlanılıb.
Məlum olub ki, Vəfa Mürşüdova qadın alveri ilə məşğul olması üçün mütəşəkkil dəstə yaradıb. O, dəstə üzvlərinin vasitəsi ilə qadınları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb.
Orada işə düzəltmək adı ilə apardığı qadınları zorla kişi müştəriləri ilə görüşmələrini tələb edib. Tələbini yerinə yetirməyən qadınları isə döyüb, onlara işgəncə verib.
İstintaq araşdırması zamanı məlum olub ki, Vəfa Mürşüdova əvvəllər məhkum olunub. O, bir neçə il əvvəldə insan alveri törətdiyi üçün məhkum olunub.
Həbsdən çıxan Vəfa yenidən eyni əməllərini davam etdirib.
Vəfa Mürşüdovanın barəsində istintaq davam edir.