Azərbaycanlı qızları satan Aynurə barədə ŞOK FAKTLAR – Türk sevgilisi ilə…
    • 12-04-2019, 14:54
    • 1 669

Azərbaycanlı qızları satan Aynurə barədə ŞOK FAKTLAR – Türk sevgilisi ilə…

Azərbaycanlı qadınları aldadaraq Türkiyəyə aparan şəxslər barəsində məhkəmə prosesi başlayıb.

News24.az-
ın məlumatına görə, Cinayət Məcəlləsinin 144.1.2.2-ci, yəni 2 və ya daha çox şəxsi insan alverinə məruz qoyma maddəsi ilə təqsirləndirilən 1979-cu il təvəllüdlü Qocayeva Aynurə İlham qızı və onun şəriki Tavukçu Gökhan İbrahim oğlu barəsindəki iş Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Onların barəsindəki cinayət işi ilə bağlı məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılacaq.

İstintaq zamanı məlum olub ki, Aynurə Qocayev işə düzəltmək adı ilə aldatdığı 4 azərbaycanlı qadını Türkiyəyə aparıb və orada Gökhan adlı şəxslə birgə gənc qızları müxtəlif şəxslərə satıb, fahişəliyə cəlb edib. İlahə, Aysel, Minarə və Aybəniz adlı qızlar zərərçəkmiş kimi tanınıb.