-
- 16-09-2024, 14:24
- 444
Xocalı qatili Seyran Ohanyan SƏRSƏMLƏDİ
“Bizim (Ermənistan - red.) üçün ən ağrılı məsələ Qarabağdır və bu günə kimi bu məsələ həll olunmayıb”.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, belə bir açıqlama Ermənistanın müxalif “Ermənistan” adlı parlament fraksiyasının rəhbəri, Xocalı qatili Seyran Ohanyandan gəlib.
“Qarabağ münaqişəsi hələ bitməyib”, - deyə II Qarabağ savaşında Şuşadan qaçıb canını qurtaran bu cani bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağla bağlı hər hansı strategiya hazırlamaqdan sadəcə imtina edib.