"Boris" qasırğası Avropanı vurdu
    • 16-09-2024, 15:33
    • 254

"Boris" qasırğası Avropanı vurdu

“Boris” qasırğası Çexiya ilə Polşa arasındakı sərhəd bölgələrini vurub.

News24.az xəbər verir ki, Rumıniyanın şərqində həftəsonu ağır zərbələrə məruz qalan kənd və qəsəbələri su basıb, bəzi körpülər uçub, evlər dağılıb.

6 nəfərin öldüyü, 1 nəfərin itkin düşdüyü açıqlanıb.

Avstriyada yanğınsöndürən daşqın zamanı xilasetmə əməliyyatı zamanı həlak olub.

Polşadan Rumıniyaya qədər davam edən çay daşqınları bir neçə gün davam edən leysan yağışlardan sonra ən azı 10 nəfərin ölümünə və bir çox şəhəri su altında qoymasına səbəb olub.

Şərqi və Mərkəzi Avropada milyonlarla insan fırtına səbəbindən evlərindən təxliyə edilib.

Polşa hökumətinin bu gün fəlakət vəziyyəti elan edəcəyi gözlənilir.

Çexiyanın şimal-şərqindəki regional mərkəzi Ostravanın su altında qalan hissələri iki kimya zavodunu, eləcə də şəhəri istilik və isti su ilə təmin edən elektrik stansiyasını bağlamağa məcbur olub.

Çexiya polisi verdiyi açıqlamada "Boris" qasırğasının səbəb olduğu daşqın nəticəsində Çexiyada 1 nəfərin öldüyünü, 7 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Slovakiyanın paytaxtı Bratislava və Macarıstanın paytaxtı Budapeştdə Dunay çayının qalxması üçün hazırlıqlara start verilib.

Digər tərəfdən, Avstriyada yağışlar azaldıqca, bir gecədə çayların və su anbarlarının səviyyəsi aşağı düşüb. Bununla belə, səlahiyyətlilər yaxın saatlarda daha güclü yağış gözlənildiyi üçün ikinci dalğaya hazırlaşdıqlarını bildiriblər.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial media hesabında yayımladığı mesajda daşqından zərər çəkənlərə həmrəylik mesajı göndərib.

Von der Leyen Aİ-nin bu bölgələrə dəstək verəcəyini bildirib.

Günel Məlikzadə